İranlı kinorejissorun əsəri Kaan festivalında
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i297611-İranlı_kinorejissorun_əsəri_kaan_festivalında
İlk dəfə olaraq İranın cənub-qərbində yerləşən Xuzestan vilayətindən bir film Kaan Film Festivalında iştiraka vəsiqə əldə edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 04, 2018 14:36 Asia/Baku
  • İranlı kinorejissorun əsəri Kaan festivalında
    İranlı kinorejissorun əsəri Kaan festivalında

İlk dəfə olaraq İranın cənub-qərbində yerləşən Xuzestan vilayətindən bir film Kaan Film Festivalında iştiraka vəsiqə əldə edib.

İRİB-nin verdiyi məlumata görə, İranın Xuzestan Ostanı Mədəniyyət və İslam İrşadı İdarəsinin müdiri Məhəmməd Curvənd bazar günü deyib: Xuzestanlı kinomatoqraf Rəsul Haqqcunun əsəri olan "İnək" adlı qısametrajlı fim 71-ci beynəlxalq Kaan film festivalında İranı təmsil edəcək.

Curvənd həmçinin deyib: "İnək" filmi müqəddəs müdafiə mövzusundadır və Xuzestan ostanı Müqəddəs Müdafiə İrsini Mühafizə Fondunun əməkdaşlığı ilə hazırlanıb.

71-ci Kaan film festivalı 2018-ci ilin mayında Fransada keçiriləcək.