Mart 04, 2018 21:33 Asia/Baku
  • Ağac və onun faydaları
    Ağac və onun faydaları

Ağac əkmək təbiətə can vermək, ətraf mühiti yaşıllaşdırmaq və onun faydalarından bəhrələnmək üçün gözəl bir təşəbbüsdür. Heç şübhəsiz yaşıllıqların qorunması və yeni ağacların əkilməsi bizim və gələcək nəsillərin həyatında böyük təsirə malikdir.

Qış fəslinin son günlərini yaşayırıq. Bu günlər ağac əkmək üçün münasib zaman sayılır. Baharın gəlişi ilə hər tərəfin yaşıllaşmasını arzu edən insanlar bu günlər ağac əkməyə üz tutublar. Xüsusilə meyvə fidanları və dekorotiv bitkilərə böyük maraq var.

Alıcılardan biri deyir: “Zəfəranı şaftalı, nar, əzgil və narıncdır.”

Satıcı isə bazardan razılıq edir: “Bazar çox yaxşıdır. Hər gün 100-200 ədəd ağac tingi satırıq.”

Bazardakı bu rövnəq insanların ağac əkməyə böyük marağından xəbər verir.

Satıcı deyir: “Həm meyvə ağaclarımız var. Həm də yaşıllıq üçün bəzək ağacları.”

Ting bazarında meyvə ağaclarının çeşidi o qədər çoxdr ki, adam nə alacağına qərar verə bilmir.

Satıcılardan biri deyir: “Buranın üstünlüyü odur ki, istədiyin hər bir ağacı tapa bilirsən.”

Alıcılardan biri isə deyir: “Ağac əkəndə yaxşı olar ki, meyvə ağacı əkəsən. Həm meyvəsindən istifadə edəsən, həm də kölgəsindən.”

Əlbəttə, bəzilərinin ağac əkməyə yerləri olmasa da, maraq üzündən bazara gəlir və tingləri seyr edirlər.

“Ağac əkməyi çox sevirəm. Amma, əkməyə yerim yoxdur.” Bunu bazarda olan gənclərdən biri deyir.

Əlbəttə, ağac əkməyə yeri olmayanlar da təbiəti sevmək, ağacları qorumaq və onlara qulluq etməklə üzərlərinə düşən vəzifəni  yerinə yetirə bilərlər. Çünki, təbiəti təhlükələrdən qorumağın önəmi daha böyükdür.

Meşə qoruqçusu bu barədə deyir: “Yaxşı olar ki, meşəyə maşınla girməsinlər və meşədə tonqal yandırmasınlar.”

İnsanların davamlı olaraq istifadə etdikləri təbiət guşələrində ağacların seyrəlməsi, bitki örtüyünün məhv olması və tullantıların artması ən böyük problemlərdən sayılır. Buna görə də, yaxşı olar ki, hər il baharın gəlişi ilə yeni ağaclar əkilsin və təbiətə yeni can verilsin.