İran yay vaxtına keçdi
Mart 22, 2018 03:42 Asia/Baku
-
İran yay vaxtına keçdi
İranın rəsmi saatı bir saat irəli çəkildi.
İslam Şurası Məclisinin 1386-cı hicri şəmsi ilində qəbul etdiyi İranın rəsmi saatının dəyişməsi qanununa əsasən, İranın rəsmi saatı hər günəş ili fərvərdin ayının birində, milad təqvimi ilə martın 21-də saat 24-00-da bir saat irəli çəkilir və günəş təqvimi ilə şəhrivər ayının otuzunda öz sabiq vəziyyətinə qaytarılır.
İran orta en dairələrində yerləşir və il ərzində gecə-gündüz fərqi gözə çarpacaq dərəcədədir; məhz buna görə də, gündüzdən maksimum istifadə etmək və enerjiyə qənaət məqsədi ilə bahar və yay mövsumlərində rəsmi vaxt bir saat dəyişir.
Teqlər