İsfahanda nəsli kəsilən heyvanlar klonlaşdırılır
-
İsfahanda nəsli kəsilən heyvanlar klonlaşdırılır
İsfahanın Royan Biotexnologiya Araşdırma Müəssisəsi məməli heyvanların hüceyrələrini toplaya və gələcəkdə klonlaşdırma işini həyata keçirmək imkanına malikdir.
Bir sıra heyvan növləri vardır ki, zamanın keçməsi və yaxud diqqətsizlik nəticəsində nəsilləri kəsilməkdədir.
İndi İsfahanın Royan biotexnologiya araşdırma müəssisəsinin araşdırmaçıları sadəcə bir hüceyrə ilə nəsli kəsilməkdə olan heyvanın klonlaşdıra bilərlər.
Müəssisənin araşdırmaçısı deyib: Həmin heyvanın əti və ya dərisindən çox kiçik miqdarda olması kifayət edər. Ondan hüceyrə paketini əldə edə bilərik. Belə ki, hər bir zamanda, hər hansı səbəbə görə, həmin heyvan məhv olarsa, onu öz obyektimizdə klonlaşdıra bilərik.
Maral, vəhşi qoç bu müəssisədə klonlaşdırılıb və təbiətə qaytarılıb.
Müəssisənin araşdırmaçısı deyib: Biz sadə bir nümunəni götürülməsi ilə vəhşi qoçu öz yaşadığı əraziyə qaytara bilmişik. Maral nümunəsini də istehsal etdik və İsfahanın zooparkına hədiyyə etdik, hazırda həmin zooparkdadır.
İndi İsfahanın Royan biotexnologiya araşdırma müəssisəsinin araşdırmaçıları daha böyük bir təşəbbüsə əl ataraq dünyanın nəsli kəsilmiş ən böyük pişikkimiləri olan İran gepardını klonlaşdırılmasına şərait yaradıblar.
Müəssisənin araşdırmaçısı deyib: Bizim İran gepardının rüşeymini əhilləşdirilmiş pişiklərin bətninə, tutduğu halda isə, şirin bətninə köçürməyə ehtiyacımız vardır.
Bu müəssisədə klonlaşdırma üçün sadəcə bir nümunə kifayət edər.