İranda 13-cü beynəlxalq robot yarışları keçirilir
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i300914-İranda_13_cü_beynəlxalq_robot_yarışları_keçirilir
Bu gün səhər Azad İslam Universiteti və Əminlər Heyətinin iştirakı ilə 13-cü Beynəlxalq Robot Yarışlarına start verilib. Yarışlarda 478 tələbə və məktəbli komanda iştirak edir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 05, 2018 16:04 Asia/Baku
  • İranda 13-cü beynəlxalq robot yarışları keçirilir

Bu gün səhər Azad İslam Universiteti və Əminlər Heyətinin iştirakı ilə 13-cü Beynəlxalq Robot Yarışlarına start verilib. Yarışlarda 478 tələbə və məktəbli komanda iştirak edir.

İSNA-nın məlumatına görə, 13-cü beynəlxalq robot yarışları Əminlər Heyətinin sədri Dr.Əli Əkbər Vilayəti və Azad İslam Universitetinin rəisi Dr.Fərhad Rəhbərin iştirakı ilə start götürüb. Yarışlarda 478 komanda iştirak edir. Yarışlarda həmçinin Türkiyə, Almaniya, Çin, Hollandiya, Amerika, Fransa, İngiltərə, Peru, Hindistan, Sinqapur və Koreyadan gəlmiş 38 xarici komanda iştirak edir. 

Dr.Əli Əkbər Vilayəti yarışların keçirildiyi məkanda olaraq, robot sahəsindəki son uğurlar ilə yaxından tanış olub. 

Yanğınsöndürmə robotu, ağıllı maşınlar, Sançi gəmisində çıxan yanğın hadisəsinin simulyasiya edilməsi, Plasko ticarət mərkəzində çıxmış yanğının simulyasiyası, günəş avtomobili və kvadro elektrik avtomobili Vilayətinin baxış keçirdiyi bölmələr olub. 

13-cü beynəlxalq robot yarışları bu gün cümə axşamı start götürüb. Yarışlar 3 gün davam edəcək.