İranda 35-ci Quran müsabiqəsi; 83 ölkənin nümayəndəsi iştirak edəcək
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i300984-İranda_35_ci_quran_müsabiqəsi_83_ölkənin_nümayəndəsi_iştirak_edəcək
İranın Vəqflər və Xeyriyyə Məsələləri Təşkilatının sədri deyib: İran İslam Respublikasında 35-ci Beynəlxalq Quran Müsabiqəsində 83 ölkədən 300 nümayəndə iştirak edəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 06, 2018 05:39 Asia/Baku
  • İranda 35-ci Quran müsabiqəsi; 83 ölkənin nümayəndəsi iştirak edəcək

İranın Vəqflər və Xeyriyyə Məsələləri Təşkilatının sədri deyib: İran İslam Respublikasında 35-ci Beynəlxalq Quran Müsabiqəsində 83 ölkədən 300 nümayəndə iştirak edəcək.

Höccətülislam vəlmüslimin Əli Məhəmmədi cümə axşamı günü Qumda böyük təqlid mərcələri və alimlərlə görüşdə deyib: Bu müsabiqə əziz islam peyğəmbəri Həzrət Məhəmmədin (s.ə.s) məbəsi ərəfəsindən 19-26 apreldə keçiriləcək. 

İranın Vəqflər və Xeyriyyə Məsələləri Təşkilatının sədri 2017-ci ildə İranda 5 beynəlxalq Quran müsabiqəsinin keçirildiyini bildirərək xatırladıb: Bir çoxları bu qənaətdədir ki, bu yarışlar dünya səviyyəsində önəmlidir və Quran müsabiqələrinin anasıdır. 

Höccətülislam vəlmüslimin Əli Məhəmmədi deyib: İslam dünyasının tələbələrinə aid yarışlar da 44 ölkədən iştirakçıların iştirakı ilə müxtəlif qiraət, hafizlik və təfsir sahələrində keçiriləcək. 

İranın Vəqflər və Xeyriyyə Məsələləri Təşkilatının sədri həmçinin əlavə edib: Hafizlik sahəsində İslam Dünyası qadınlarının 2-ci beynəlxalq müsabiqəsi İranda bütün şəri məsələlərə riayət olunaraq keçiriləcək.