İranlı tennisçi qızlar Asiya yarışlarının qalibi olublar
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i301038-İranlı_tennisçi_qızlar_asiya_yarışlarının_qalibi_olublar
İranın iki nəfərlik qızlardan ibarət tennis komandası Qətərdə keçirilən Asiya çempionatının qalibi olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 07, 2018 08:42 Asia/Baku
  • İranlı tennisçi qızlar Asiya yarışlarının qalibi olublar
    İranlı tennisçi qızlar Asiya yarışlarının qalibi olublar

İranın iki nəfərlik qızlardan ibarət tennis komandası Qətərdə keçirilən Asiya çempionatının qalibi olub.

İRNA-nın verdiyi məlumata görə, Müşkat Zəhra Seyfi və Dünya Amiri Qətərdə keçirilən Asiya çempionatında iki nəfərlik yarışlarda bütün rəqiblərini məğlub edərək, çempion olublar.

Müşkat Zəhra Seyfi fərdi yarışlarda da qızıl medalın sahibi olub.

Fərdi yarışlarda İranı təmsil edən digər tennisçi Fatimə Sadat Zəncani isə bürünc medala  yiyələnib.

Qətərdə keçirilən Asiya çempionatı 31 mart tarixində start götürmüşdü. 11 ölkədən gəlmiş tennisçilərin iştirak etdiyi bu yarışlar dünən cümə başa çatıb.