Gənclər olimpiyasında taekovandoçular vəsiqələri tamamlayıblar
Apr 08, 2018 08:42 Asia/Baku
İran taekovandoçuları Tunisdə keçirilən gənclər üzrə olimpiyaya vəsiqə xarakterli turnirdə 6 vəsiqəni təmin ediblər.
İRİB-in məlumatına görə, Tunisin əl-Həmamat şəhərində qızlar və oğlanlardan ibarət 438 taekovandoçu gənclər üzrə olimpiyaya vəsiqə qazanmaq uğrunda mübairzə aparıblar. Sonda İran təmsilçiləri 6 vəsiqəni təmin ediblər.
Bu yarışların ilk günündə ƏLi Əşkurian gümüş medal, Məhəmməd Xani və Yəlda Vəlinejad bürünc medalla olimpiyaya vəsiqə qazanıblar.
Hamid Əsğər qızıl medal, Kimya Himməti gümüş medal, Məhla Möminzadə turnirdə ilk səkkizliyə yüksələrək olimpiyada iştirakı təmin ediblər.
Gənclər üzrə Olimpiya Oyunları 2018-ci il oktyabr ayında Argentinanın Buenos-Ayres şəhərində keçiriləcək.