Flaminqoların Urmiyyə gölünə diqqətəlayiq qayıdışı
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i305140-flaminqoların_urmiyyə_gölünə_diqqətəlayiq_qayıdışı
Flaminqoların diqqətəlayiq şəkildə Urmiyyə gölünə enmələri ürəklərdə ümidləri dirçəldib, amma bu gölün bərpası üzrə səylər davam etməkdədir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 01, 2018 03:36 Asia/Baku
  • Flaminqoların Urmiyyə gölünə diqqətəlayiq qayıdışı
    Flaminqoların Urmiyyə gölünə diqqətəlayiq qayıdışı

Flaminqoların diqqətəlayiq şəkildə Urmiyyə gölünə enmələri ürəklərdə ümidləri dirçəldib, amma bu gölün bərpası üzrə səylər davam etməkdədir.

Gəldilər və qaldılar. Bu mühacirlər illər boyu elə bu gölün ev sahibləri idilər. Ötən ilin iyun-iyul aylarında flaminqoların diqqətəlayiq şəkildə Urmiyyə gölünə enmələrindən xəbər vermişdik. Bu il də flaminqoların vəziyyətini öyrənmək istədik.

Yusefifər, Qərbi Azərbaycan vilayətinin heyvanat aləminə nəzarət idarəsinin sədri: Bu göldə 35 min flaminqo var idi ki, bizim hesablamalara görə, digər yerlərdən buraya mühacirət edən və nəslini artıran flaminqoların sayına əsasən, onların yeni ildə sayı 40 mindən çox olacaqdır.

Qərbi Azərbaycan vilayəti fəsllik və daimi olaraq 70 nohura və 21 çaya malikdir. Bu üzdən, dünyada quşların əsas mühacirət yollarından biri sayılır.

Yusefifər: Son 2-3 il ərzində Urmiyyə gölündə və onun ətrafındakı nohurlarda həyat şəraiti daha münasib olub və gölün daxilində artemiaların sayı bərpa olunub. Və qidalanma şəraiti münasib olduğu üçün flaminqoların iştirakı artıbdır.

İki həftədən sonra flaminqoların yumurta qoymaları başlanacaq. Bu arada bu quşların münasib həyat şəraitləri və təhlükəsizliklərinin qorunması ekologiya rəsmilərinin əsas problemidir.