İyun 12, 2018 17:19 Asia/Baku
  • İranda yaşı iki milyon il olan mamont qalıqları aşkar edilib
    İranda yaşı iki milyon il olan mamont qalıqları aşkar edilib

İran İslam Respublikasının Ekologiya Təşkilatının Təbiət və Genetik Ehtiyatlar Tarixi Muzeyinin müdiri yaşı iki milyon il olan mamont qalıqlarının aşkar edilməsindən xəbər verib. Biləsuvar şəhərində aşkar edilən bu qalıqlar mamontun dişləri və çənə sümüklərinə aiddir.

Mehr informasiya agentliyinin verdiyi məlumata görə, Tahir İftixari çərşənbə axşamı mamont qalıqlarının aşkar edildiyi məkana baxış keçirdikdən sonra deyib: Bu qalıqlar Kaynozoy erasının sonuncu dövrünə aiddir. 

Kaynozoy erasının sonuncu dövrü təqribən 2.5 milyon il öncə başlayan və indiyə kimi davam edən "dördüncü dövr"ə aiddir. 

İranın Ekologiya Təşkilatının Təbiət və Gentik Ehtiyatlar Tarixi Muzeyinin müdiri Azərbaycan Respublikasında da oxşar qalıqların aşkar edilməsinə işarə edərək, deyib: Bu mövzu ilə bağlı Azərbaycan ilə birgə elmi araşdırmaların həyata keçirilməsi ilə mamontların məntəqəmizdəki yaşam yerini dəqiqləşdirməyə çalışacağıq. 

Teqlər