İranlı tələbə Malayziya universitetinin qızıl medalçısı olub
-
İranlı tələbə Malayziya universitetinin qızıl medalçısı olub
İranlı tələbə Arəş Azərkerdar tədqiqat layihəsi təqdim edərək, Malayziyanın Putra universitetinin 2018-ci il üçün mühəndislik tədqiqatı üzrə qızıl medalını qazanıb.
Malayziyanın Putra universitetinin mühəndislik fakültəsinin innovasiya və ixtiralar kafedrasının müdiri və Arəş Azərkerdarın bu tədqiqat layihəsi üzrə nəzarətçi müəllimi Fərzad Hecazi belə deyib: Bu tədqiqat körpülər, rabitə qüllələri və göydələnlərin tikintisində işlədilən yüksək müqavimətli fiber betonun yeni növü barədə olub.
Hecazi əlavə edib: Bu cür beton atmosfer şəraiti qarşısında yüksək müqavimətə, həmçinin titrəyişli yüklər qarşısında müqavimət və məhsuldarlığın artmasına səbəb olur.
Malayziyanın Putra universiteti bu ölkədə tədqiqat üzrə istiqamətləndirici universitetlərdən biri olaraq, 1931-ci ildə istifadəyə verilib. Hazırda modern və mütərəqqi imkanlardan istifadə edərək, tədqiqatçılar üçün elmi mühit yaradan Putra universiteti Malayziyanın böyük universitetlərindən sayılır.