İlk "Şüşə Şahnamə" sərgisi - Tehran
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i315869-İlk_Şüşə_Şahnamə_sərgisi_tehran
Tehranda ilk dəfə olaraq "Şüşə Şahnamə" sərgisi təşkil edilib. Sərgidə "Şahnamə" əsərinin şüşə üzərində çəkilmiş rəsmləri nümayiş etdirilir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 30, 2018 15:12 Asia/Baku
  • İlk
    İlk "Şüşə Şahnamə" sərgisi - Tehran

Tehranda ilk dəfə olaraq "Şüşə Şahnamə" sərgisi təşkil edilib. Sərgidə "Şahnamə" əsərinin şüşə üzərində çəkilmiş rəsmləri nümayiş etdirilir.

İranda uzun keçmişə malik olan amma, ötən yüz ildə təqribən unudulmaqda olan şüşə üzərində rəssamlıq sənətini yenidən canlandırmaq məqsədi ilə bir qrup sənətkar “Şahnamə” əsərinə aid rəsmləri şüşə üzərində çəkmək qərarına gəlib. Və bu günlər həmin əsərlər Sədabad saray muzey kompleksində nümayiş etdirilməkdədir.

Bu günlər Tehranda, Səədabad qalereyasında ilk dəfə olaraq şüşə üzərində “Şahnamə” əsərini canlandıran əsərlər toplusu nümayiş etdirilir.

Bu sərgidə 40-70sm ölçüsündə olan 19 əsər nümayiş etdirilir. Şirazə məktəbinə olan əsərlərdə mübaliğə və böyütmə üslubuna geniş yer verilib.

Səədabad qalereyasının incəsənət məsələləri üzrə direktor müşaviri Həmid Vəkilbaşı deyir: “Burda müşahidə etdiyiniz əsərlər əsasən dekorotiv işlər sırasına daxildir.”

Şüşə üzərində rəssamlıq İranda uzun keçmişə malikdir. Belə ki, Teymurilər dövründə İranda yastı şüşələrin istehsal olunması ilə, şüşə üzərində rəssamlıq da yayılmağa başlayıb. Və əsasən dini və qəhrəmanlıq mövzularına malik olub. 

Sərginin təşkilatçısı xanım Mərziyə Kəmaniyan bu barədə deyir: “Orijinallığını qorumaq şərti ilə “Şahnamə” əsərində yer alan bütün mövzuları olduğu kimi bu əsərlərdə əks etdirməyə çalışmışıq.”

Səədabad saray muzeyi kompleksinin müdiri Kiya Parsa is deyir: “Təəssüflər olsun ki, ötən 90 ildə bu üslub diqqətlərədn kənarda qalaraq, unudulub. Amma, 4-5 il olar ki, sənətkarlar bu üslubu yenidən canlandırmağa çalışırlar.”

Teymurilər dövrünə aid olan nadir rəsm nümunələrinin özünəməxss rəng çalarları ilə şüşə üzərində yenidən canlandırılması unudulmaqda olan bu üsluba yeni ruh bəxş edib.

Şüşə üzərində rəssamlıqla məşğul olan Fatimə Kəhluyi deyir: “Biz bu əsəri yenidən bərpa etmək qərarına gəldik. Əslində biz unudulmaqda olan bu üslubu yenidən canlandırmağa çalışmışıq.”

Bu əsərlər sərgiyə baxış keçirənlərdə böyük maraq doğurmağı bacarıb.

Sərgiyə baxış keçirənlərdən biri deyir: “Rüstəm və Söhrabın dastanın çox eşitdiyim üçün, mənim üçün çox maraqlı idi.”

Bir başqası isə deyir: “İncəsənət ilə bir araya gələn istənilən tarixi hadisə qalıcı olur.”

Sərginin açılış mərasimində gənc sənətkarlardan biri “Şahnamə” əsərindən bəzi parçalar oxuyub. “Nəqqali” adlanan bu sənət İranda uzun keçmişə malikdir və əsasən “Şahnamə”nin bir növ oxunuşu sayılır.

Bu sərgi 3 ilyul tarixinə kimi  baxış keçirmək istəyənlərin üzünə açıqdır.