Yayda elektrikdən düzgün istifadənin yolları
-
Yayda elektrikdən düzgün istifadənin yolları
Yay fəslində mənzillərin soyudulmasında lazımi vasitələrdən biri kondisionerlərdir. Amma kondisionerlər düzgün şəkildə işləməzsə, elektrik enerjisi istehlakını artırır. Bu da hər bir ailənin xərclərində təsirli rola malikdir.
Yay fəslinin gəlişi ilə ölkənin elektrik istehlakının 40%-i soyutma sistemlərinə aid olur. Yəni təxminən 20 min meqavat elektrik. İlk öncə su kondisionerləri. Onlar üçün kölgə yaradılarsa, istehsalı daha da artır. Yaxud ətraf samanlarını dəyişdirsək və motoruna bir neçə damcı yağ əlavə etsək, digər tərəfdən qapı və pəncərələrin kənarlarını lentlə bağlayarsaq, elektrik istehlakı diqqəti cəlb edəcək həddə azalır. Əlbəttə unutmayın ki, bu işi mütəxəssisinə tapşırmaq lazımdır.
Kondisioner ustası deyib: Təmir işi kondisionerinizin nöqsanlarının aradan qalxmasına kömək edir. Bu da sizin istehlakınızda mütləq təsir göstərəcək. Elektrik istehlakı üçün lazımi avadanlıqlardan istifadə edin. Bu da kondisionerin gücü və sürətini avtomatik şəkildə tənzimləyir.
Su kondisionerinin yüksək gücdə işləməsi zəif gücdə işləməsindən dörd dəfə çox elektrik işlədir.
Kondisioner ustası deyib: Mənzildə yaranmış soyuq kütləni qorumaq kondisionerin yüksək gücdə işləməməsinə kömək edir.
İndi isə qaz kondisionerləri haqda. Bu kondisionerlərin elektrik istehlakı su kondisionerlərindən iki dəfə çoxdur. İlk öncə bu kondisionerlərin temperaturunu 24-dən yuxarı tənzimləyin ki, elektrik istehlakına qənaət olunsun.
Mağaza sahibi deyib: Buranın hər bir yeri bağlıdır, qapı da bağlıdır. Temperatur da 25-dən yuxarı tənzimlənib. Hazırda mağazanın içərisində siz münasib sərinliyi hiss edirsiniz.
Filtr panellərinin vaxtında dəyişdirilməsi, sərin kütlənin otaqdan çıxmasının qarşısının alınması, kondisioner üzərində kölgə vasitəsinin qoyulması və kondisionerin işlədiyi otağın oturaq olaraq seçilməsi enerjinin boşa getməsinin qarşısını alır.
Kondisionerlər üzrə mühəndis deyib: Kondisionerdən istifadə zamanı avtomat rejimini seçmək lazımdır. Mənzildə ölçü sensorlarının mövcud olduğuna görə, kondisioner avtomatik şəkildə həmin otağın istilik dərəcəsini ölçür, tənzimlənən avtomatik temperatura əsasən üst kondisioneri işlədir və ya söndürür.
Doğrusu kondisioner qazının sayğacını hər il yoxlamasanız, elə bu şəkildə xərcləriniz artır.
Sadə amma effektiv tövsiyələr. Bu tövsiyələr icra olunarsa, soyutma avadanlıqlarında elektrik enerjisinə təxminən 20% qənaət olunur.