14-cü beynəlxalq Avrasiya film festivalı
-
14-cü beynəlxalq Avrasiya film festivalı
1 iyulda Qazaxıstanın paytaxtı Astana şəhərində işə başlayan və bu gün öz işini başa vuran beynəlxalq Avrasiya film festivalında İran filmləri izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.
14-cü beynəlxalq Avrasiya film festivalında 35 ölkə 56 bədii film ilə və 35 qısa metrajlı film ilə rəqabət aparır. İran İslam Respublikası, Rusiya, Türkiyə, Gürcüstan, Çin, Serbiya və Qazaxıstan istehsalı olan filmlər bu festivalda ekran olunur. İran İslam Respublikası bu festivalda, “Ev”, “Tıxac” və “Hövsələsiz” adlı 3 qısametrajlı film ilə iştirak edir.
Suriya böhranı ilə bağlı sənədli filmin qazaxıstanlı kinorejissoru və prodüseri Aydar Battalov bu sənədli film haqda deyir: “Bu ilk dəfədir ki, Suriya böhranı, Astana sülh müzakirələri və münaqişə tərəfləri ilə bağlı bitərəf sənədli bir film hazırlanıb. Filmin çəkilişi təqribən bir il sürüb. Filmin çəkilişi ilə bağlı Suriyadakı döyüş bölgələrinə və bir sıra digər əlaqədar ölkəyə səfər edilib.”
İran televiziyası da ilk dəfə olaraq Avrasiya film festivalının film bazarında yerli filmlərin təqdimatını həyata keçirib.
İran Televiziyasının nümayəndəsi Əlirza Şahroxi bu barədə deyir: “Daha çox bu sektorda fəaliyyət göstərənlər və müştərilər ilə yaxından tanış olmaq istəyirdik. Həmçinin, bizim üçün o qədər də tanış olmayan regional televiziyalar ilə tanışlıq də məqsədlərimizdən biri olub. Burda oldğumuz müddət ərzində yerli telekanallar və filmlərin paylanılması ilə məşğul olan şirkətlər ilə bir sıra danışıqlarımız oldu. Bizim üçün maraqlı olan bəzi verilişləri də var ki, İran televiziyasından yayımlana bilər.”