"Keyxa 5" hərəkəti iranlı idmançının adına qeydə alınıb
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i316692-keyxa_5_hərəkəti_iranlı_idmançının_adına_qeydə_alınıb
İranlı gimnast Səid Reza Keyxa Türkiyədə keçirilən dünya çempionatında "idman atı" vəsaitində "Keyxa 5" hərəkətini bu idman növü üzrə beynəlxalq federasiyanın hakimlik kitabında öz adına qeydə aldıra bilibdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 07, 2018 16:19 Asia/Baku
  • "Keyxa 5" hərəkəti iranlı idmançının adına qeydə alınıb

İranlı gimnast Səid Reza Keyxa Türkiyədə keçirilən dünya çempionatında "idman atı" vəsaitində "Keyxa 5" hərəkətini bu idman növü üzrə beynəlxalq federasiyanın hakimlik kitabında öz adına qeydə aldıra bilibdir.

Səid Reza Keyxa elə bir halda bu məsələni həyata keçirməyə müvəffəq olubdur ki, bundan öncə Keyxa 1, 2, 3 və 4 hərəkətləri Beynəlxalq Gimnastika Federasiyasında onun adına qeydə alınıbdır.

İranın bədii gimnastika üzrə milli komandasının kapitanı dünən gecə "idman atı" vəsaitində 13, 950 xal ilə Azərbaycan Respublikasının nümayəndəsindən sonra ikinci pillədə duraraq, finalçı olubdur.

Bədii gimnastika üzrə dünya çempionatı on altı ölkədən olan idmançıların iştirakı ilə Türkiyənin Mersin şəhərində başlanıb və sabahadək davam edəcəkdir.