Bircənddə hidroponik metodla ot yetişdirilir
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i317103-bircənddə_hidroponik_metodla_ot_yetişdirilir
İranın Cənubi Xorasan vilayətinin Bircənd rayonunda bir sahibkar kiçik bir istixana ilə hidroponik metodla otlar istehsal etməyə başlayıb. Onun istehsalı qısa bir müddət ərzində bir neçə dəfə artıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 10, 2018 17:24 Asia/Baku
  • Bircənddə hidroponik metodla ot yetişdirilir
    Bircənddə hidroponik metodla ot yetişdirilir

İranın Cənubi Xorasan vilayətinin Bircənd rayonunda bir sahibkar kiçik bir istixana ilə hidroponik metodla otlar istehsal etməyə başlayıb. Onun istehsalı qısa bir müddət ərzində bir neçə dəfə artıb.

İşinə 35 kvadratmetrlik istixanada başladı.

Təsərrüfatçı cənab Ərəbi deyib: Əvvəlki istixana kiçik olduğu üçün, həftədə 2 ton istehsalımız vardı. Amma burada, bizim hər gün 20-25 ton istehsalımız vardır.

O tez bir zamanda hidroponik məhsullar üzrə kiçik istixananı min kvadratmetrəyə çevirib.

Cənab Ərəbi bildirib: 230 milyon tümənlə bir istehsal bölməsini yarada bilmişik.

Aqrar sahə üzrə mütəxəssis deyib: Öncəki istixananı avadanlıqla təmin etmək və gördüyünüz bu istixananı istehsala hazırlamaq üçün Keşavərz bankından 165 milyon 300 min tümən kömək alınmışdır.

Ailəsi də cənab Ərəbinin yanındadır.

Cənab Ərəbinin ailəsi deyib: Uşaqlarla birlikdə buraya gəlirik və əlimizdən bir iş gələrsə, canla-başla onu yerinə yetiririk.

Cənab Ərəbinin yanında təcrübə qazanmağa çalışan bir şəxs deyib: Oxuduğum sahənin də bu işlə əlaqəsi olduğuna görə, yiyələndiyim biliyin kənarında cənab Ərəbinin təcrübəsindən faydalanmağa çalışıram.

Cənab Ərəbi deyib: Biz burada turp da əkə bilərik.

Hidroponik metodu ilə otları əkməklə sudan istifadə də 90%-dən çox qənaət edib.

İstixanada çalışan bir işçi deyib: Otun hər bir hissəsi istifadə oluna bilər. Onun bütün hissəsindən istifadə edilir. Eyni zamanda faydalı, dadlı bitkidir. Heyvandarlıqda tam şəkildə istifadə edilə bilər.

Cənab Ərəbi öz məhsulunu heyvandarlıqla məşğul olan təsərrüfatçıya gətirərək deyib: İstədiyiniz otları sizin üçün gətirmişəm. Təxminən 100 kiloqram gətirmişəm.

Heyvandarlıqla məşğul olan təsərrüfatçı deyib: Yonca preslənmiş formada bizə bir milyon 200 minə başa gəlir, amma bu isə 400 minə başa gəlir.

Amma cənab Ərəbi öz məhsullarını tanıtdırmaq müəyyən təkliflər irəli sürüb. Əlavə imkanlar əldə edərsə, qoyun yetişdirmə ferması yaradaraq istehsaldan istehlaka dövriyyəsinin öz əlində olacağını deyir.

Cənab Ərəbinin təşəbbüsü öz istixanasının sadəcə üçdə birində həftədə 140 tondan çox ot istehsal etmək imkanı yaradıb.