DÇ-2018: Xorvatlar tarix yazdı
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i317324-dÇ_2018_xorvatlar_tarix_yazdı
Futbol üzrə Rusiya 2018 Dünya Çempionatında Xorvatiya yığma komandası İngiltərəni 2:1 hesabı ilə məğlub edərək tarixində ilk dəfə olaraq finala vəsiqə qazanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 12, 2018 05:46 Asia/Baku
  • DÇ-2018: Xorvatlar tarix yazdı
    DÇ-2018: Xorvatlar tarix yazdı

Futbol üzrə Rusiya 2018 Dünya Çempionatında Xorvatiya yığma komandası İngiltərəni 2:1 hesabı ilə məğlub edərək tarixində ilk dəfə olaraq finala vəsiqə qazanıb.

İRNA-nın məlumatına görə, Futbol üzrə Dünya Çempionatının ikinci yarımfinal matçında İngiltərə və Xorvatiya yığma komandaları Moskva şəhərinin Lujniki stadionunda qarşılaşıblar. Bu maraqlı matç sonda 2:1 hesabı ilə Xorvatiya yığma komandasının xeyrinə başa çatıb. 

Ötən gecə isə Fransa yığma komandası ilk yarımfinal matçında Belçika yığmasını 1:0 hesabı ilə məğlub edərək finala vəsiqəni təmin etmişdi. 

Xorvatiya və Fransa yığma komandaları 21-ci dünya çempionunu müəyyənləşdirmək üçün 15 iyulda qarşılaşacaqlar. 

Üçüncülük uğrunda matç isə 14 iyulda İngiltərə və Belçika arasında baş tutacaq.