İndoneziya-2018 yarışlarında İran 5-ci qızıl medalını qazandı
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i320511-İndoneziya_2018_yarışlarında_İran_5_ci_qızıl_medalını_qazandı
İranın taekvando yığmasının 63 kq çəki dərəcəsində idmançısı final mərhələsində çinli rəqibinə qalib gələrək Asiya oyunlarının qızın medalına layiq görülüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 22, 2018 12:29 Asia/Baku
  • İndoneziya-2018 yarışlarında İran 5-ci qızıl medalını qazandı
    İndoneziya-2018 yarışlarında İran 5-ci qızıl medalını qazandı

İranın taekvando yığmasının 63 kq çəki dərəcəsində idmançısı final mərhələsində çinli rəqibinə qalib gələrək Asiya oyunlarının qızın medalına layiq görülüb.

İSNA-nın verdiyi məlumata görə, Cakarta 2018 Asiya yarışlarının dördüncü günündə Mir Haşım Hüseyni final mərhələsində Çindən olan rəqibi Şuai Jaunu 17-11 hesabı ilə məğlub edərək  yarışların qızıl medalını qazandı. Bu Cakarta 2018 yarışlarında İran üçün 5-ci qızıl medaldır. 

18-ci Asiya Oyunları 18 avqustdan İndoneziyanın Cakarta və Palembanq şəhərlərində başlanıb və 2 sentyabra qədər davam edəcək. 

Bu oyunlarda 45 Asiya ölkəsindən 11 mindən çox idmançı iştirak edir.