Autizm xəstələrinə yardım edən robotlar
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i320609-autizm_xəstələrinə_yardım_edən_robotlar
Robotlar qarşılıqlı oyunlar və nağıl söyləmələrlə Autizm xəstəliyindən əziyyət çəkən uşaqların ictimai məharətlərini artırmağa kömək edirlər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 23, 2018 12:41 Asia/Baku
  • Autizm xəstələrinə yardım edən robotlar
    Autizm xəstələrinə yardım edən robotlar

Robotlar qarşılıqlı oyunlar və nağıl söyləmələrlə Autizm xəstəliyindən əziyyət çəkən uşaqların ictimai məharətlərini artırmağa kömək edirlər.

12 yaşlı Robert Bill Universitetinin araşdırmalarında iştirak edir. Tədqiqatçılar ilk növbədə bu uşaqların məharətləri və onların mənəvi inkişafı ilə əlaqədar ətraflı yoxlamalar aparıblar. Bu araşdırma sona çatdıqda onlar Cibo adlı kiçik bir robotu bu uşaqların hər birinin evində yerləşdiriblər. Bu robotlar Bill Univesitetinin tədqiqatçıları tərəfindən autizmin araşdırılması üçün dizaynlaşdırılıb.

Bill Universitetinin robotik labaratoriyasının rəhbəri professor Brayan Skaslati deyir: Autizm xəstəliyi bir çalardır amma bizin bu bir çaların hər bir yerində şahidi olduğumuz problem autizm uşaqlarında ictimai qarşılıqlı təsirdəki çətinliklərdir. 

Robertin anası deyir ki, oğlunun əsas problemi özgələrlə əlaqə yaratmaqda çətinlik çəkməsidir. O deyir: O adi şəxslərlə , ona yaxınlaşan adamlarla əlaqə yaratmaqda problem yaşayır, görünür onun bu kimi adamlarla problemi var. 

Robotik labaratoriyanın rəhbəri deyir: Robotlar mükəmməl nümunədir. Onlar bu uşaqlara reaksiya verəcək qədər  ictimaidir amma bu prossesdə onlara stres verəcək qədər irəliləmirlər. 

Robertin anası deyir: Robert özünü yaxşı yaxud pis hiss edəndə bu robotla əlaqə qurur və bu da onun problemlərini azaldıb. 

Professor Brayan Skaslatinin dediyinə görə, uşaqların məharətlərində inkişafın şahidi olacağımız gözlənilir. Göz gözə əlaqə yaratmaq kimi. 

Bu robotların sayı bazarlarda artmaqdadır və bir neçə ildir ki, bu robotlar sərgilərdə də hamını ixtiyarına verilir.