İranın qadın qayıqsürəni Asiya oyunlarının gümüş medalını qazanıb
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i320682-İranın_qadın_qayıqsürəni_asiya_oyunlarının_gümüş_medalını_qazanıb
İranın qadın qayıqsürəni Nazənin Molayi 2018-ci il Asiya oyunlarında gümüş medal qazanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 24, 2018 04:11 Asia/Baku
  • İranın qadın qayıqsürəni Asiya oyunlarının gümüş medalını qazanıb

İranın qadın qayıqsürəni Nazənin Molayi 2018-ci il Asiya oyunlarında gümüş medal qazanıb.

Nazənin Molayi bu gün səhər qadınların birnəfərlik yüngülçəkili ruinq yarışlarının finalında çinli qayıqsürəndən sonra ikinci olubdur.

Honq Konq nümayəndəsi isə bürünc medal alıbdır.

18-ci Asiya olyunları avqustun 18-dən İndoneziyanın Cakarta və Palembanq şəhərlərində keçirilir. Yarışlar sentyabrın 2-dək davam edəcək. Bu yarışlarda 45 Asiya ölkəsindən olan 11 mindən çox idmançı iştirak edir.

İranın idman karvanı indiyədək 10 qızıl, 11 gümüş və 8 bürünc medal əldə edib, bütövlükdə 29 xal toplayaraq, 18-ci Asiya olyunlarının medallar cədvəlində dördüncü yerdə durur.

İranın idman karvanı 280 kişi və 98 qadın idmançı ilə bu yarışlarda iştirak edir.