İranın kişilərdən ibarət kabaddi komandası Asiya oyunlarında çempion olub
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i320703-İranın_kişilərdən_ibarət_kabaddi_komandası_asiya_oyunlarında_çempion_olub
İranın kişilərdən ibarət kabaddi komandası İranın qadınlardan ibarət komandası kimi 2018-ci il Asiya oyunlarının qızıl medalını qazana bilibdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 24, 2018 14:45 Asia/Baku
  • İranın kişilərdən ibarət kabaddi komandası Asiya oyunlarında çempion olub

İranın kişilərdən ibarət kabaddi komandası İranın qadınlardan ibarət komandası kimi 2018-ci il Asiya oyunlarının qızıl medalını qazana bilibdir.

2018-ci il Asiya oyunlarının davamında İranın kişilərdən ibarət kabaddi komandası bu gün final görüşündə Cənubi Koreya komandası ilə görüşərək, rəqibini 26-16 hesabı ilə məğlub edib və Asiya çempionu olubdur.

İranın kişilərdən ibarət kabaddi komandası ilkin görüşlərdə müvafiq olaraq, Yaponiya, Pakistan, Malayziya, Nepal və İndoneziya komandalarına qalib gələrək, yarımfinal mərhələsinə vəsiqə qazanmışdı.

Bundan öncə də İranın qadınlardan ibarət kabaddi komandası final görüşündə Hindistan komandasını məğlub edərək, çempion adını qazanıbdır.

İranın idman karvanı indiyədək 12 qızıl, 11 gümüş və 8 bürünc medal və bütövlükdə 31 medal qazanaraq, 2018-ci il Asiya oyunlarının medallar cədvəlində dördüncü pillədə durur.

2018-ci il 18-ci Asiya olyunları avqustun 18-dən İndoneziyanın Cakarta və Palembanq şəhərlərində keçirilir. Yarışlar sentyabrın 2-dək davam edəcək.