19 illik rekord dəyişdirildi
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i320751-19_illik_rekord_dəyişdirildi
İranlı ağırlıq qaldıran Söhrab Muradi 19 ildən sonra birdəfəlik qaldırma rekordunu dəyişdirdi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 25, 2018 09:26 Asia/Baku
  • 19 illik rekord dəyişdirildi
    19 illik rekord dəyişdirildi

İranlı ağırlıq qaldıran Söhrab Muradi 19 ildən sonra birdəfəlik qaldırma rekordunu dəyişdirdi.

Cakarta 2018 Asiya yarışlarının 94 kq çəkidə ağırlıq qaldırma rəqabətləri keçirilməkdədir və birdəfəlik qaldırmada İranlı ağırlıq qaldıran Söhrab Muradi öz gücünü rəqiblərinə nümayiş etdirib. 

Bu qrupda İranın iki təmsilçisi var, Söhrab Muradi birdəfəlik qaldırmada 189 kq ağırlıqda yeni rekord vurub. 

İranın kişilərdən ibarət kabaddi komandası İranın qadınlardan ibarət komandası kimi 2018-ci il Asiya oyunlarının qızıl medalını qazana bilibdir.

2018-ci il Asiya oyunlarının davamında İranın kişilərdən ibarət kabaddi komandası bu gün final görüşündə Cənubi Koreya komandası ilə görüşərək, rəqibini 26-16 hesabı ilə məğlub edib və Asiya çempionu olubdur.

Bundan öncə də İranın qadınlardan ibarət kabaddi komandası final görüşündə Hindistan komandasını məğlub edərək, çempion adını qazanıbdır.