İranın idman karvanı 14-cü qızıl medalı qazandı
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i320765-İranın_idman_karvanı_14_cü_qızıl_medalı_qazandı
İndoneziya 2018 Asiya Oyunlarında İran İslam Respublikasının idman karvanının 14-ü qızıl medalını karate üzrə idmançı Səccad Gəncazadə qazanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 25, 2018 15:42 Asia/Baku
  • İranın idman karvanı 14-cü qızıl medalı qazandı
    İranın idman karvanı 14-cü qızıl medalı qazandı

İndoneziya 2018 Asiya Oyunlarında İran İslam Respublikasının idman karvanının 14-ü qızıl medalını karate üzrə idmançı Səccad Gəncazadə qazanıb.

Asiya oyunlarında karate üzrə yarışlarda Səccad Gənczadə 84 kq çəki dərəcəsində Fələstin, Səudiyyə Ərəbistanı, Qırğızıstan və Vyetnam təmsilçilərini məğlub edərək qızıl medala layiq görülüb. 

Bu çəki dərəcəsində Vyetnam təmsilçisi gümüş, Səudiyyə Ərəbistanı və Qırğızıstan təmsilçiləri isə bürünc medala layiq görülüblər. 

İranın idman karvanı 2018 Asiya oyunlarında bugünədək 14 qızıl, 11 gümüş və 9 bürünc medal, ümumilikdə 34 medalla 4-cü pillədə qərarlaşıb. 

18-ci Asiya oyunları 18 avqustdan İndoneziyanın Cakarta və Palembanq şəhərlərində başlayıb və 2 sentyabrda başa çatacaq.