İranın idman karvanının Asiya oyunlarındakı uğurları davam edir
İranın iftixarlı karate ustası Əmir Mehdizadə 2018-ci il Asiya oyunlarının finalında gümüş medal qazanıb.
60 kiloqramdan aşağı çəki dərəcəsində yarışan dünya çempionu Əmir Mehdizadə indoneziyalı rəqibi ilə final görüşündə onu 9-7 hesabı ilə məğlub edərək, gümüş medal əldə edib.
İranın karate komandasının medallarının sayı indiyədək bir qızıl, iki gümüş və bir bürünc medal olubdur.
Bundan öncə iranlı qadın taekvondoçu Təravət Xaksar 55 kiloqramdan aşağı çəki dərəcəsində gümüş medal alıbdır.
Ötən gün Səccad Gənczadə 84 kiloqramdan yuxarı çəki dərəcəsində, Həmidə Abbasəli isə 68 kiloqramdan yuxarı çəki dərəcəsində qızıl medal əldə ediblər.
2018-ci il Asiya oyunlarının səkkinci günündə İran 14 qızıl, 13 gümüş və 9 bürünc medalla turnir cədvəlinin dördüncü pilləsində durur.
18-ci Asiya oyunları avqustun 18-dən İndoneziyanın Cakarta və Palembanq şəhərlərində keçirilir. Bu yarışlar sentyabrın ikisinədək davam edəcək.