Dünyanın ən böyük əldətoxunma xalça sərgisi-Reportaj
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i320874-dünyanın_ən_böyük_əldətoxunma_xalça_sərgisi_reportaj
İranda 27-ci əldətoxunma xalça sərgisi İranın sənaye, mədən və ticarət naziri Mohəmməd Şəriətmədarinin iştirakı ilə Tehrandakı beynəlxalq sərgilər məkanında açılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 26, 2018 12:42 Asia/Baku
  • Dünyanın ən böyük əldətoxunma xalça sərgisi-Reportaj

İranda 27-ci əldətoxunma xalça sərgisi İranın sənaye, mədən və ticarət naziri Mohəmməd Şəriətmədarinin iştirakı ilə Tehrandakı beynəlxalq sərgilər məkanında açılıb.

İran məhsulunu himayə ilində 670 istehsalçının iştirakı ilə dünyanın ən yaxşı əldətoxunma xalçalarından özünəməxsus bir xəzinə.

İİR ticarət naziri Hüseyn Şəriətmədari xalç festivalının kənarında verdiyi müsahibədə deyib:  Bəlkə də özü ilə İranın adını daşıyan, İran mədəniyyəti və incəsənətini əhatə edən, həmçinin İran və dünyanın mədəni mübadilə vasitələri və yollarından biri sayılan bir əmtəə malına malik olmuş olmayaq. Buna görə, cari il, dəyərli ölkəmiz olan İranın bu sənət sahəsini himayə üzrə özəl bir il olmalıdır.

Bu sərgidə Təbriz şəhərinin ipək xalçalarından tutmuş köçəri tayfaların əldətoxunma xalçalarınadək müxtəlif İran xalçaları nümayiş etdirilir.

Xalça İranın ən yüksək dərəcəli əmtəə malıdır ki, altı milyondan çox iranlı üçün iş yeri yaratmaqdan əlavə, ölkənin qeyri-neft ixracatının başlıca hissəsini təşkil edir.

İranın əldətoxunma xalça ixracatı cari ilin ilk dörd ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə üç dəfə artıbdır.

İİR xalçaçılar birliyinin sədri də bildirib:  Siz on-on beş milyon tümənlə bir xalça mərkəzi yaradırsınız ki, üç nəfər birbaşa şəkildə işlə təmin olunur və kənarda da təqribən 70 iş yeri yaranır.

Dünyanın 26 ölkəsindən 70 ticarət heyəti bu sərgiyə dəvət olunubdur ki, sərgini nəzərdən keçirməklə bərabər, İranın əldətoxunma xalçalarının marketinqi və ixracatı sahəsində istehsalçılarla müzakirə etmiş olsunlar.