İranlı yeniyetmə stolüstü tennis üzrə beynəlxalq yarışlarda qızıl medal qazanıb
Avq 26, 2018 16:04 Asia/Baku
İranlı yeniyetmə Tayvanda keçirilən stolüstü tennis üzrə beynəlxalq "Open Qolden" yarışlarında qızıl medal qazanıb.
15 yaşlı iranlı yeniyetmə Radin Xəyyam yeniyetmə və gənclərin "Open Qolden" adlı beynəlxalq fərdi yarışlarında çinli rəqibini 3-1 hesabı ilə məğlub edərək, yarışların qızıl medalını əldə edib.
İranın yeniyetmələr komandası da avqustun 24-də bu yarışlarda bürünc medal almağa müvəffəq olub.