İranın voleybol komandası Asiya oyunlarının qüdrətli çempionu olub
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i321386-İranın_voleybol_komandası_asiya_oyunlarının_qüdrətli_çempionu_olub
İranın voleybol komandası qüdrətlə Asiya oyunlarının çempionu olub. Bu komanda hətta oyunların hissələrində belə, məğlub olmayıbdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 01, 2018 14:30 Asia/Baku
  • İranın voleybol komandası Asiya oyunlarının qüdrətli çempionu olub
    İranın voleybol komandası Asiya oyunlarının qüdrətli çempionu olub

İranın voleybol komandası qüdrətlə Asiya oyunlarının çempionu olub. Bu komanda hətta oyunların hissələrində belə, məğlub olmayıbdır.

İranın voleybol komandası Asiya oyunlarının finalında Cənubi Koreya komandasını hər üç hissədə məğlub edərək, qıızıl medal qazanıbdır.

Monqolustan, Pakistan, Çin və Qətər yığmalarını məğlub edərək, finala çıxan İranın voleybol komandası Cənubi Koreya komandasını məğlub edərək, ikinci dəfə dalbadal Asiya oyunlarının çempionu olub.

İranın idman karvanı indiyədək 20 qızıl, 20 gümüş və 22 bürünc və bütövlükdə 62 medal qazanaraq, 2018-ci il Asiya oyunlarının turnir cədvəlinin 6-cı pilləsində durur.

İran 280 kişi və 98 qadın idmançı ilə 42 idman növündə bu yarışlarda iştirak edir.

18-ci Asiya olyunları 2018-ci il avqustun 18-dən İndoneziyanın Cakarta və Palembanq şəhərlərində keçirilir. Yarışlar sentyabrın 2-dək davam edəcək.

Bu oyunlarda 45 Asiya ölkəsindən 11 min idmançı iştirak edir.