Plastik maddələrin azaldılması üzrə həll yolları
-
Plastik maddələrin azaldılması üzrə həll yolları
Plastik paketlər həyatı asanlaşdırdığı üçün çoxlu tərəfdar tapsa da, ardıcıl istelakına və təbiətə tullanmasına görə, onu ən böyük ekoloji problemə çeviribdir. Son illərdə həmişə plastik paketlərin ətraf mühitə mənfi təsirləri barədə xəbərdarlıqlar eşitmişik. İngiltərədə plastik maddələrin azaldılması üzrə həll yolları tətbiq olunubdur.
Plastik maddə insan həyatını asanlaşdırdığına görə, çoxlu tərəfdar qazansa da ardıcıl istelakına və təbiətə tullanmasına görə, onu böyük ekologiya və heyvanların həyatı üçün ən böyük problemə çeviribdir.
Ətraf mühiti çirkləndirən başlıca amillərdən biri plastik paketlərdi. Hesablamalar göstərir ki, hər il dünyada təqribən bir trilyon plastik paket istehlak olunur və elə bu miqdarda quru və dəniz də bu maddə ilə çirklənərək, insanlar daxil olmaqla canlıların sağlamlıqlarını daha çox hədələyir.
İndi əlliyə yaxın ölkə plastik paketdən istifadəyə vergi qoyubdur. O cümlədən İngiltərədə təqribən iki il bundan öncədən satış mərkəzləri bir dəfə istehlak olunan hər bir plastik paketin verilməsi üçün beş pens alırlar. Elan olunub ki, bu hərəkətlə son iki ildə 13 milyard plastik paket az istehlak olunubdur və indi dövlət plastik paket üzrə vergini ikiqat artırmaq niyyətindədir.
Plastik paketlərə verginin tətbiq edilməsi onların istehlakını nəzərəçarpacaq dərəcədə azaldıbdır. Mənim özüm əldə etdiyim plastik paketləri çantamda saxlayıram və imkan daxilində ondan istifadə etmirəm.
İngiltərədə ekologiya tərəfdarları plastik butılkalar və stəkanlara da vergi tətbiq etməyə və ondan əldə olunan mənbələri ətraf mühitin qorunmasına sərf etməyə çalışırlar.
Ekspertlər burada plastik zibillərin quruya və dənizə tullanmaması, plastik zibillərin başlanğıcdan ayrılması, plastik paketlərdən istifadə etməmə və plastik paketlərdən bir neçə dəfə istifadəni plastik zibillərin dağıdıcı təsirlərinin azaldılması üzrə təsirli həll yollarından bilirlər.