İranlı gənclərin növbəti uğuru - "Bistun"
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i321493-İranlı_gənclərin_növbəti_uğuru_bistun
Hər bir sahədə öz bacarıqları ilə parlaq istedada malik olduqlarını sübut edən iranlı gənclər bu dəfə də kompüter oyunlarının hazırlanmasında nə qədər güclü istedada malik olduqlarını sərgiləməyi bacarıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 02, 2018 17:05 Asia/Baku
  • İranlı gənclərin növbəti uğuru -
    İranlı gənclərin növbəti uğuru - "Bistun"

Hər bir sahədə öz bacarıqları ilə parlaq istedada malik olduqlarını sübut edən iranlı gənclər bu dəfə də kompüter oyunlarının hazırlanmasında nə qədər güclü istedada malik olduqlarını sərgiləməyi bacarıblar.

Bura Tehranda kompüter oyunlarının hazırlandığı studialardan biridir və buradakı istedadlı gənclər kompüter oyunları üzrə dünyanın qabaqcıl şirkətləri ilə rəqabət aparmağa çalışırlar.

Avropanın ən iri kompüter oyunları festivalında diqqətləri özünə cəlb etməyi bacaran məhsullardan biri də “Bistun”dur .

“Bistun” oyunu “Fərhad və Şirin” dastanı əsasında hazırlanmış bir kompüter oyunudur.

Fərhad öz külüngü ilə Bistun dağını yarmağa çalışır. Bunun üçün enerji və iradəyə ehtiyaclıdır. Güc toplamaq və iradəsini möhkəmləndirmək üçün bir sıra düşmənlər ilə mübarizə aparmalıdır. Bu mövzu oyun sevənlər üçün həqiqətən bir yenilikdir.

Oyunun qrafikası da qədim İran memarlığına uyğun formada dizayn edilib.

Oyunda hansı elementlərdən istifadənin edilməsinə dair bir sıra araşdırmalar aparmışıq. Muzeylərə müraciət edərək, Sasanilər dövrünə aid memarlıq ilə tanış olmuşuq. Daha sonra onlardan oyunda istifadə etmişik.

“Bistun” oyunu yaxşı qrafikaya malikdir, movzusu isə oyun həvəskarları üçün maraqlı sayılır.

Bu sahədə rəqabət aparmaq çətin işhesab olunur. Dünyanın iri oyun şirkətləri bu sahədə iri sərmayə qoyuluşu və bacarıqlı kadrlar hesabına oyun bazarının böyük bir hissəsini özlərinə aid etməyi bacarıblar. Bu bacarıqlı və istedadlı gənclərin qarşısında da elə “Bistun” dağı boyda çətinliklər durur və onlar öz məqsədlərinə çatmaq üçün Fərhad kimi bu dağı yarmalıdırlar.