Sen 03, 2018 18:10 Asia/Baku
  • İbrahim Hatəmikiya -
    İbrahim Hatəmikiya - "Şam Vaxtı" filminin rejissoru

Bağdadın böyük kino-teatrında ekran edilən “Şam Vaxtı” filmi tamaşaçıların alqışlarını qazanıb. İran kinosu üçün növbəti uğur sayılan bu film İŞİD terrorizminə qarşı mübarizədən bəhs edir.

İraqın böyük kino-teatr zalı insan ilə dolub-daşırdı. Havanın çox isti olmasına baxmayaraq, insanlar İŞİD üzərində qələbəyə həsr olunmuş filmi izləmək üçün kino-teatra axın etmişdi. “Şam Vaxtı” filmin ekran edilməsindən öncə giriş olaraq İran İslam Respublikasının milli himni səsləndirilir.

Filmin rejissoru deyir: “Filmin mövzusu burdakı hadisələri də əhatə edir. Əlbəttə, ilk ekran edilən “Cangüdən” filminin İraq ilə heç bir əlaqəsi olmasa da, mədəni əməkdaşlıqlar çərçivəsində ekran edildi. Amma, “Şam Vaxtı” filmi  İŞİD ilə mübarizəyə həsr olunduğu üçün iraqlılar üçün gündəm mövzu sayılır. Buna görə də filmi burda ekran etmək qərarına gəldik.”

“Çox önəmli bir işdir. Filmdə İraq və Suriya xalqlarının ortaq problemi çox gözəl formada öz əksini tapıb.”

 “Şam Vaxtı” filminin geniş tamaşaçı auditoriyası qazanması iraqlı kinomatoqraflar və rejissorları də vəcdə gətirmişdi. Elə buna görə də İraqın kinomatoqraflar birliyinin sədri İran ilə birgə filmlərin istehsal edilməsi təklifi ilə çıxış etdi.

“Şam Vaxtı” filmi İran kinosunun potensiallarını nümayiş etdirir. Ümidvaram iranlı kinomatoqraflar ilə birgə film istehsal edə bilək.”

İraq mediaları da bu hadisəni geniş formada işıqlandırıblar. Və İran səfirliyinin mədəniyyət mərkəzinin təşəbbüsü ilə Bağdadda ekran edilən “Şam Vaxtı” filmini İran kinosu üçün beynəlxalq arenada növbəti uğur kimi dəyərləndiriblər.