Rusiyada İran mədəniyyət həftəsi açılıb
-
İİR Məhkəmə Hakimiyyətinin sədri: İqtisadi korrupsionerlərlə rəftar daha sürətli və daha qətiyyətli olacaq
İran-Rusiya əlaqələri tarixi, uzun keçmişə malikdir. Rusiyada İran İslam Respublikasının mədəniyyət həftəsinin keçirilməsi, tarixi və uzun keçmişə malik əlaqələrin genişlənməsi üzrə mühüm fürsətlərdən biridir.
Moskvada Malıy Teatrın tarixi salonunda İran İslam Respublikasının mədəniyyət həftəsinin rəsmi açılışı. Mərasim İranın qısametrajlı filmiinin təqdimatı və iranlı ənənəvi musiqi qrupunun icrası ilə başlandı. Bu mərasim İslami Mədəniyyət və Əlaqələr Təşkilatının sədri, eləcə də İranın Rusiyadakı səfiri və Rusiya mədəniyyət naziri müavininin iki ölkənin mədəniyyət əlaqələrinin genişləndirilməsi vacibliyinə təkid edən çıxışları ilə davam etdi.
İbrahim Torkəman: Xoşbəxtlikdən, Rusiya ilə əlaqələrimiz 1967-ci ildə imzalanmış mədəni razılaşma əsasında genişlənməkdədir. İki ölkə öz mədəni əlaqəsini daha da genişləndirməyə çalışır.
: Rusiya-İran mədəni əlaqələri ən yüksək səviyyədə durur və müntəzəm surətdə mədəniyyət həftələrinin keçirilməsi iki ölkə arasındakı mədəni münasibətlərin dərinliyindən xəbər verir.
Eyni zamanda, Rusiya əl işləri sənayesi və milli sənətlər muzeyində də "Ecazkar İran, xəyal bağında gəzinti" adı altında İranın incəsənət əsərləri sərgisi açılıb. Burada rəsm və xəttatlıq əsərləri, əl işləri sənayesi nümunələri, yerli paltarlar və bəzək sənəti əsərləri nümayiş etdirilir.
İranın Rusiyadakı səfiri: Xoşbəxtlikdən, son illərdə bundan əlavə, bu iki ölkə arasında mədəni orqanların yaradılması da həyata keçirilib. İki ölkənin mədəni, universitet eləcə də media əməkdaşlıqları birlikləri fəaliyyətə başlayıbdır.
Xanım: İran mədəniyyəti və incəsənəti dəyərli və heyrətləndirici bir sərvətdir və biz böyük sevinclə dəyərli iranlı əsərləri və sənətkarları qəbul edirik.
İranın mədəniyyət və incəsənət karvanı həmçinin Başqırdıstan Muxtar Respublikasının mərkəzi- Ufaya səfər edəcək ki, İslami İranın əsl mədəniyyət və incəsənətini bu diyarın sakinləri üçün sərgiləsin.