İslam dünyasının virtual universitetlər şəbəkəsinin ilk yığıncağı keçirilib
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i323629-İslam_dünyasının_virtual_universitetlər_şəbəkəsinin_ilk_yığıncağı_keçirilib
İslam dünyasının virtual universitetlərinin aşkar edilməsi ilə, islami şəbəkəyə üzv olan bütün ölkələrlə elmi mübadilə və anlaşma imkanı genişlənəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 24, 2018 17:57 Asia/Baku
  • İslam dünyasının virtual universitetlər şəbəkəsinin ilk yığıncağı keçirilib
    İslam dünyasının virtual universitetlər şəbəkəsinin ilk yığıncağı keçirilib

İslam dünyasının virtual universitetlərinin aşkar edilməsi ilə, islami şəbəkəyə üzv olan bütün ölkələrlə elmi mübadilə və anlaşma imkanı genişlənəcək.

İslam Əməkdaşlığı Təşkilatının 57 ölkəsinin üzv olduğu İslam dünyasının virtual universitetlər şəbəkəsinin yığıncağı keçirilib. Elm və elektron texnologiya mehvəri ilə keçirilən yığıncaq İslam dünyasında elektron texnologiyanın ötürülməsi, həmçinin bilik və təcrübələr mübadiləsi üçün yaxşı bir fürsətdir. Bu şəbəkənin ilk yığıncağı bu gün İranda və "Pəyame Nur" universitetində keçirilib.

Virtual tədris sahəsində dəyərli keçmişə malik olan "Pəyame Nur" universiteti bu şəbəkəyə üzv virtual universitetlər, habelə ölkə daxilindəki universitetlər üçün ən yaxşı fürsət yarada bilər. Bu şəbəkənin işə salınmasında məqsəd, islami ölkələrin virtual universitetləri arasında elmi-tədqiqat və tədris əlaqələrinin yaradılması və gücləndirilməsidir.

Doktor Mohəmməd Reza Zəmani-"Pəyame Nur" universitetinin rektoru: Bu gün İslam dünyasının virtual universitetlərinin ilk yığıncağında bu universitetlərin tədris, tədqiqat və texnologiya sahələrində necə həmkarlıq edə biləcəklərini araşdırmaq istəyirik. İclas bu gün 20 ölkənin iştirakı ilə təşkil olundu və hamı bu qənaətdədir ki, bu virtual şəbəkə gücləndirilməlidir.

Doktor Nəcəfi- Virtual universitetlər şəbəkəsinin baş katibi: Bütün iştirakçılar bu gün vurğuladılar ki, virtual şəbəkə sahəsində böyük imkanlar mövcuddur və böyük önəmə malikdir. İslami ölkələrdə son dərəcə görkəmli alimlər və tələbələr mövcuddur ki, müsəlman ölkələr bu şəbəkədə onların potensiallarından bəhrələnməlidirlər.