İranlı mütəxəssislər Təyyarə mühərriki texnologiyasını öyrəniblər
Okt 06, 2018 17:20 Asia/Baku
-
İranlı mütəxəssislər Təyyarə mühərriki texnologiyasını öyrəniblər
İran İslam Respublikası Prezident Aparatının Elm və Texnologiya bölməsinin aviasiyanın inkişafı mərkəzinin katibi deyib: İranlı mütəxəssislər təyyarə mühərrikinin istehsalı texnologiyasını öyrəniblər.
Əl-Aləm telekanalının verdiyi məlumata görə, Mənuçehr Məntiqi İranın Təyyarə detallarının istehsalı sahəsindəki inkişafı barədə deyib: Təyyarə beynəlxalq bir məhsul olsa da mühərrikin istehsalında daxili texniki bilikdən faydalanmaq lazımdır və İran bu biliyi əldə edib.
Məntiqi deyib: Aviasiya sahəsində təyyarənin satın alınması və müvafiq texnologiyaların əldə olunması biri birinin kənarında baş verməlidir və təyyarə istehsal edən ölkələrin hamısı bu yolu keçiblər.
Teqlər