İran tibb sahəsindəki təcrübələrini digər ölkələrlə bölüşməyə hazırdır
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i325393-İran_tibb_sahəsindəki_təcrübələrini_digər_ölkələrlə_bölüşməyə_hazırdır
İranın səhiyyə naziri deyib: İran İslam respublikası 8 illik Müqəddəs Müdafiə dövründə tibb və müalicə sahəsində böyük təcrübələr əldə edib və bu gün İran öz təcrübələrini digər ölkələr ilə bölüşməyə hazırdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 13, 2018 13:45 Asia/Baku
  • İran tibb sahəsindəki təcrübələrini digər ölkələrlə bölüşməyə hazırdır
    İran tibb sahəsindəki təcrübələrini digər ölkələrlə bölüşməyə hazırdır

İranın səhiyyə naziri deyib: İran İslam respublikası 8 illik Müqəddəs Müdafiə dövründə tibb və müalicə sahəsində böyük təcrübələr əldə edib və bu gün İran öz təcrübələrini digər ölkələr ilə bölüşməyə hazırdır.

İRİB-nin verdiyi məlumata görə, seyid Həsən Qazızadə Tehranda keçirilən dördüncü Asiya və Okeaniya ölkələrinin beynəlxalq hərbi tibb seminarında deyib: İran xalqı arzuolunmaz savaşda bir çox zərər və ziyanlara məruz qalmış xalq olaraq sülh və sabitliyi sağlam həyat üçün ən böyük sərmayə hesab edir. 

Qazızadə Haşemi həkimlərin hərbi tibb sahəsinə maraq göstərmələrini alqışa layiq adlandırıb və deyib: Ümidvaram bir gün BMT bütün xalqların daha yaxşı yaşamı üçün müzakirə məkanına çevrilsin.

İranın səhiyyə naziri həmçinin, Asiya və Okeaniya ölkələrinin dördüncü beynəlxalq hərbi tibb seminarının Tehranda keçirilməsinə işarə edərək, deyib: 117 üzv  ölkənin iştirak etdiyi bir seminarın təşkil edilməsi həkimlərin bu mühüm məsələyə olan diqqətinin nişanəsidir. 

Dördüncü beynəlxalq Asiya-Okeaniya hərbi tibb seminarı şənbə günü Tehranda keçirilib. 

Hər iki ildə bir keçirilən bu beynəlxalq seminara sədrlik bu il İrana verilib.