Gənclərin olimpiya oyunlarında İranın superağır ştangisti qızıl medal əldə edib
Okt 14, 2018 09:11 Asia/Baku
-
Gənclərin olimpiya oyunlarında İranın superağır ştangisti qızıl medal əldə edib
Gənclərin 2018-ci il olimpiya oyunlarının davamında İranın superağır ştangisti bütövlükdə 380 kiloqram ağırlıq qaldıraraq, yarışların çempionu olubdur.
Oktyabrın 7-də Argentinanın paytaxtı Buenos-Ayresdə başlanmış gənclərin 2018-ci il 3-cü olimpiya oyunları oktyabrın 18-dək davam edəcək.
İranın gənclər arasında superağır ştangisti Əlireza Yusefi bir hərəkətdə 162, iki hərəkətdə isə 218 kiloqram ağırlıq qaldıraraq, ümumi nəticədə qızıl medal əldə edib və yarışların çempionu və ən güclü adamı adını qazanıbdır.
İran qız və oğlanlardan ibarət 49 idmançı ilə 17 idman növündə bu yarışlarda iştirak edir.
İranın idman karvanı gənclərin 2018-ci il 3-cü olimpiya oyunlarında indiyədək altı qızıl, bir gümüş və bir bürünc medal əldə edibdir.