İran dünyada nano elmi istehsalında dördüncüdür
Okt 14, 2018 14:47 Asia/Baku
-
İran dünyada nano elmi istehsalında dördüncüdür
İran İslam Respublikasının elm və texnologiya üzrə vitse-prezidenti deyib ki, İran nano sahəsində elmi məqalələr istehsalı istiqamətində dünyada dördüncü yerdə durur.
İran İslam Respublikasının elm və texnologiya üzrə vitse-prezidenti Sorena Səttari dünən nano texnologiyası üzrə 11-ci sərginin kənarında İranpress ilə müsahibədə İranın dünyada nano elmi istehsalı sahəsindəki üstün yerinə toxunaraq, deyib: Bu sahədə xarici investorlar və mütəxəssislərin iştirakı ilə beynəlxalq anlaşmalar şəbəkəsi yaradılıb.
Nano texnologiyası üzrə 11-ci sərgi dünən Tehranda fəaliyyətə başlayıb və oktyabrın 16-dək davam edəcək.
İranın nano texnologiyası məhsulları indiyədək dünyanın 49 ölkəsinə ixrac olunubdur.