İranda daş karxanaları və yeni ideyalar
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i325602-İranda_daş_karxanaları_və_yeni_ideyalar
Bir çox sahədə istifadə edilən daşlar İranın dəyərli sərvətlərindən biri hesab olunur. Və daş sənayesi ən çox tullantıya malik olan sahələrdən biridir. Amma, bu tullantılara sərmayə gözü ilə baxan əraklı qardaşlar, onlardan çeşidli məhsullar istehsal etməklə, bu daşlara dəyər qazandırmağı bacarıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 14, 2018 18:02 Asia/Baku
  • İranda daş karxanaları və yeni ideyalar
    İranda daş karxanaları və yeni ideyalar

Bir çox sahədə istifadə edilən daşlar İranın dəyərli sərvətlərindən biri hesab olunur. Və daş sənayesi ən çox tullantıya malik olan sahələrdən biridir. Amma, bu tullantılara sərmayə gözü ilə baxan əraklı qardaşlar, onlardan çeşidli məhsullar istehsal etməklə, bu daşlara dəyər qazandırmağı bacarıblar.

Zibil dağına çevrilən ağ qızıl. Bu təpələrin altı daş qırıqları ilə doludur. Bura, dünyanın ən iri dördüncü daş istehsalçısı olan İranın Məhəllat məntəqəsidir. Hər daş karxanası gün ərzində təqribən 10 ton daşı tullantıya çevirir. Amma, öz yaradıcılığından ilham alan bu iki qardaş, dəyərsiz daş parçalarını sərvətə çevirmək qərarına gəlib.

“Daşların təbiətdə məhv olub getdiyini gördüyümüz zaman, onları dəyərləndirmək qərarına gəldik. Heç bir dəyəri olmayan bu daşları yonaraq, onları cilaladığınız zaman, dəyər qazanmış olur. Bu daş qırıqlarından 200-300 növə yaxın məhsul istehsal edirik.”

Daş qırıqlarının yenidən emal edilməsi və onlara dəyər qazandırılması həm də bir çoxları üçün iş yeri deməkdir.  

“Bizim məcmuəmizdə 20 nəfərdən çox adam birbaşa olaraq işlə təmin edilib, dolayısı ilə isə 200 iş yeri yaranıb.”

“Hər gün hər birinin yükü 2-3 ton olan 3-4 yük maşını daş qəbul edirik.”

Bu məcmuə ildə təqribən 4 min ton daş emal edir.

“Məhsullarımız ölkə daxilində habelə, Ermənistan, Gürcüstan və İraqda satışa çıxarılır.”

Emal olunduqdan sonra bu daşlar 100%-lik dəyər əldə edir. Onların bu yaradıcılığı, daş qalağına çevrilən tullantılara yenidən can verir. Məhəllat məntəqəsində hər il təqribən 2 milyon ton daş istehsal edilir. Amma, onun təqribən yarısı tullantıya çevrilir.

“Daş sənayesi bu tullantılara xüsusi qayğı ilə yanaşmalı və onlara tullantı yox, sərmayə gözü ilə baxmalıdır.”