İbn Sina elm və texnologiya kompleksi
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i325614-İbn_sina_elm_və_texnologiya_kompleksi
Ölkənin elmi və iqtisadi inkişafında təsirli rol oynayan elm təməlli şirkətlərin fəaliyyəti üçün mərkəzləşdirilmiş məkanların təsis edilməsi və onlara xüsusi qayğının göstərilməsi İranda xüsusi dövlət qayğısına malik olan sahələrdən biridir. Bu kimi məkanlardan biri isə Əmir Kəbir Universitetinin “İbn Sina” texnologiyalar kompleksidir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 15, 2018 15:39 Asia/Baku
  • Əmir Kəbir Universiteti
    Əmir Kəbir Universiteti

Ölkənin elmi və iqtisadi inkişafında təsirli rol oynayan elm təməlli şirkətlərin fəaliyyəti üçün mərkəzləşdirilmiş məkanların təsis edilməsi və onlara xüsusi qayğının göstərilməsi İranda xüsusi dövlət qayğısına malik olan sahələrdən biridir. Bu kimi məkanlardan biri isə Əmir Kəbir Universitetinin “İbn Sina” texnologiyalar kompleksidir.

İbn Sina texnologiyalar kompleksi. Əmir Kəbir Universitetində elmi fəaliyyətləri dəstəkləmək üçün təsis edilən bu mərkəzin işə başlamasından 2 il keçir və bu müddət ərzində elm təməlli şirkətlər orda yaxşı inkişafa malik olublar.

Mərkəzin elmi heyətinin üzvü Seyid Sabir Səməndəri deyir: “3D printerlərdən istifadə edərək,  yumşaq və sərt toxumalara malik olan süni orqanların hazırlanması sahəsində fəaliyyət göstəririk.”

Asiya İntellekt Şirkətinin tədqiqatçısı Fatimə Haşemi isə deyir: “Simsiz olan həkim qulaqcığı ilə  körpənin ürək döyüntülərini qeydə alır və uşağda anadangəlmə ürək xəstiliyi olub-olmadığını müəyyən edir.”

Yeni Texnologiyalar Mərkəzi və Mürəkkəb Maddələr Laboratoriyası “İbn Sina” kompleksində fəaliyyət göstərən mərkəzlərdəndirlər və yaxşı uğurlar da əldə ediblər.

“Crlob” laboratoriyasının tədqiqat qrupunun üzvü Hamed Yekta deyir: “Biz bio-polimerlər tərkibə malik olan sümük implantları hazırlamağa nail olmuşuq.”

Yeni Texnologiyalar Mərkəzinin elmi heyətinin üzvü Məhəmməd Zareinejad isə deyir: “Bu, dağıntılar altında qalan insanlara yemək və oksigenin çatdırılması üçün nəzərdə tutulmuş bir robotdur.”

Hidrojellər və jelma bu mərkəzdə fəaliyyət göstərən elm təməlli şirkətlərin uğurlarındandır.

Yeni Texnologiyalar Mərkəzinin tədqiqatçılarından olan Nəfsə Ərəbzadə deyir: “Süni damarların hazırlanmasında və yaraların üzərinin örtülməsində istifadə eilə bilər.”

İran Parlamentinin Təhsil Komissiyasının sədri və üzvləri də Əmir Kəbir Universitetinin “İbn Sina” texnologiyalar qülləsinə baxış keçiriblər.

İran İslam Şurası Məclisinin Təhsil Komissiyasının sədri Məhəmməd Rza Arif: “Makro siyasətdə ümumdaxili istehsalın ən azı 50%-nin elm təməlli şirkətlərin payına düşməsi nəzərdə tutulub və parlament bu sahədə lazımı dəstəyi göstərməyə hazırdır.”

Əmir Kəbir Universitetinin rektoru Seyid Əhməd Mötəmidi: “Daha çox risk qəbul edən şirkətləri əməkdaşlığa cəlb etməyə çalışmışıq. Həmçinin, bu sahəyə maraq göstərən bəzi xarici şirkətlər də burda əməkdaşlığa malikdirlər.”