İran "Buenos Ayres-2018" yarışlarında yeni uğurlar əldə edib
Okt 19, 2018 07:29 Asia/Baku
-
İran "Buenos Ayres-2018" yarışlarında yeni uğurlar əldə edib
İran İslam Respublikasının idman karvanı Argentinada keçirilən gənclər arası olimpiya oyunlarında 17-ci pilləyə yüksəlib.
İRNA-nın məlumatına görə, Argentinada keçirilən 3-cü gənclər arası olimpiya oyunları başa çatıb və İran 7 qızıl, 3 gümüş və 4 bürünc medal ilə yarışları 17-ci pillədə başa vurub. Bu isə ötən dövrkü oyunlar ilə müqayisədə daha yaxşı göstərici sayılır.
İran 2010-cu ildə keçirilən gənclər arası ilk olimpiya oyunlarında 2 qızıl, 2 gümüş və bir bürünc medal ilə 28-ci olmuşdu. 2014-cü ildə isə 3 qızıl və 3 bürünc medal ilə 24-cü olmağı bacarmışdı.
Gənclər arası olimpiya oyunlarının 3-cü mərhələsi 6 oktyabrda Buenos Ayresdə start götürmüşdü.
İran bu yarışlarda 49 idmançı ilə iştirak edirdi.