Qazaxıstanda "ekologiyanı mühafizə" marafonu
-
Qazaxıstanda "ekologiyanı mühafizə" marafonu
Ekologiya günü münasibətilə 20 qazaxıstanlı atlet Milli Parkın ərazisində Qara kanyon dərəsinə kimi uzanan 250 kilometrlik bir marafona start veriblər. Bu Marafon ekologiyanın , tarixi əsərlərin və ətraf mühitin qorunmasına diqqət çəkmək, qar pələnginin nəslinin tükənməsinin önlənilməsinə təkid məqsədilə keçirilir.
Qazaxıstanlı atletlərin bu marafonda əsas məqsədlərindən biri insanların diqqətini ətraf mühiti qorumağa cəlb etməkdir. Ölkənin flora və faunasının qorunması, qar pələngi və nəsli kəsilməkdə olan digər heyvan və bitkilərə qayğının göstərilməsi də bu marafonun məqsədlərindən sayılır.
Bu marafonun təşkilatçılarından olan beynəlxalq dərəcəli məşqçi Marat Jılınbayev deyir: Bu bizim ikinci marafonumuzdur. Bu addım ilə biz diqqətləri Qazaxstanın ekosisteminin qorunmasına cəlb etmək istəyirik.