Yan 26, 2020 21:31 Asia/Baku
  • İranlı qadın karateçi Paris liqasının qızıl medalını qazanıb
    İranlı qadın karateçi Paris liqasının qızıl medalını qazanıb

İranlı qadın karateçi Həmidə Abbasəli Parisin ümumdünya Van karate liqasının final yarışlarında Türkiyə təmsilçisinə qələbə çalaraq qızıl medal qazanıb.

İRNA-nın verdiyi məlumata görə, Həmidə Abbasəli bu gün Van karate liqası yarışlarında 68 kiloqramın üstündə çəki dərəcəsində final yarışını Türkiyədən Meltem Hokaoğluya qələbə ilə bitirərək qızıl medala layiq görülüb. 

Həmidə Abbasəli final mərhələyə vəsiqə qazanmaq üçün Danimarka, Sloveniya, Fransa və Bolqarıstandan olan rəqiblərini məğlub etmişdi. 

Həmin yarışların kişilər üzrə bölməsində isə 75 kiloqramın altında Bəhmən Əsgəri qızıl, 84 kiloqramın üstündə Saleh Əbazəri bürünc medala layiq görülüblər. 

24 yanvardan öz işinə başlayan Paris Van karate liqası 92 ölkədən 703 karateçinin iştirakı ilə Fransa paytaxtı Parisdə keçirilib və bu gün öz işinə yekun vurub. 

İran kamandası qadınlar və kişilər üzrə hər iki bölmədə iştirak etmişdir. 

Teqlər