İyun 14, 2020 18:56 Asia/Baku
  • İranın tanınmış aktyoru Məhəmmədəli Keşavərz vəfat edib

İranın tanınmış kino-teatr və televiziya aktyoru Məhəmməd Əli Keşavərz bu gün uzun sürən xəstəlikdən sonra 90 yaşında vəfat edib.

SaharAzeri xəbər verir, Məhəmmədəli Keşavərz İran İslam Respublikasının birinci dərəcəli mədəniyyət və incəsənət nişanına malikdir. İranın tanınmış aktyorlarından biri, teatrın ilk nəslindən və dramın digər sahələrində, o cümlədən kino və televiziya sahəsində fəal idi.

Ustad keşavərzin ən yadda qalan əsərlərindən "Dayi Can Napelon", "Dumansız atəş", Hezar Dəstan", " Sərbədarilər", "Pedər salar" və "Qurdlar" seriallarına işarə etmək olar.

Bu aktyor kino tarixində yadda qalan rolarrın ifaçısı olub, o cümlədən "Gil və Güzgü", "Cənab Halu", "Fırtına", "Külək şahmatı", "Kəmalül-Mülk", "Ana", "Xarici pul", "Sevilənlər", "Hadisə günü", Nasirəd-Din Şah kino aktyoru", "Ay tutulması", "Zeytun Ağaclarının altında" və "Qəzal" filimlərinə işarə etmək olar.

 

Teqlər

Şərhlər