Koronavirusun insan beynindəki fəsadları aşkarlanıb
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i364356-koronavirusun_insan_beynindəki_fəsadları_aşkarlanıb
London Universiteti Kollecinin (UCL) tədqiqatçıları COVID-19 üzündən beyin xəstəliklərinin artacağı qənaətinə gəliblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 09, 2020 12:56 Asia/Baku
  • Koronavirusun insan beynindəki fəsadları aşkarlanıb

London Universiteti Kollecinin (UCL) tədqiqatçıları COVID-19 üzündən beyin xəstəliklərinin artacağı qənaətinə gəliblər.

SəhərAzəri Report-a istinadla xəbər verir ki, məsələyə dair elmi məqalədə koronavirus xəstəliyinin 16-85 yaş arasındakı 43 nəfərdə necə keçdiyi araşdırılıb.

Araşdırma nəticəsində həmin xəstələrin 10 nəfərində beyinin fəaliyyəti müvəqqəti pozulub, 12 nəfərində beyin iltihabı yaranıb. Bununla yanaşı, insult və s. ciddi fəsadlar da özünü göstərib.