8 ildən sonra olimpiya qızılı İranlı ağır atletə verildi
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i370046-8_ildən_sonra_olimpiya_qızılı_İranlı_ağır_atletə_verildi
Beynəlxalq Olimpiya Komitəsi 2012-ci il London Olimpiya oyunlarının qızıl medalını İranın keçmiş ağır atletinə verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 26, 2020 15:29 Asia/Baku
  • 8 ildən sonra olimpiya qızılı İranlı ağır atletə verildi

Beynəlxalq Olimpiya Komitəsi 2012-ci il London Olimpiya oyunlarının qızıl medalını İranın keçmiş ağır atletinə verib.

SəhərAzəri xəbər verir, Beynəlxalq Olimpiya Komitəsinin İcra heyəti onlayn seminar formasında keçirilən məşvərət iclasında İnzibati Komissiyanın qərarlarına əsasən, 2012 London Olimpiya oyunlarının medalları və fəxri fərmanlarının yenidən paylanması barədə qərar çıxarıb.

Olimpiya oyunlarının rəsmi saytının verdiyi məlumata əsasən, dopinqə görə, ağır atletika sahəsindəki idmançıların səlahiyyətlərinin rədd olunmasından sonra nəticələr Dünya Ağır Atletika Federasiyası tərəfindən yenidən tənzim edilib və kişilərin 105 kiloqram çəki dərəcəsi üzrə çempionu və dördüncü nəfərinin səlahiyyəti rədd edilib və qızıl medal İrandan olan Nəvvab Nəsir Şəlala verilibdir.

Polşa və Özbəkistan idmançıları da müvafiq olaraq gümüş və bürünc medal sahibi olublar.