Koronavirus infeksiyası orqanizmdə təhlükəli fəsadlar yaradır
Rusiyalı mütəxəssislər bildirib: "Koronavirus infeksiyası damarlarda qan laxtalanmasına və miokard infarktına səbəb olur".
SəhərAzəri xəbər verir, Rusiyanın 2 saylı Müharibə Veteranları Xəstəxanasının kardiologiya şöbəsinin müdiri Sergey İvanov “Qovorit Moskva” radiosuna müsahibəsində deyib: "Koronavirus infeksiyası damarlarda qan laxtalanmasına və miokard infarktına səbəb olur".
Şöbə müdiri əlavə edib ki, koronavirusa yoluxanlarda qan laxtalanmasının artması ürək əzələsinin damarlarına da təsir edir: "Bu səbəbdən virusa yoluxan insanlarda ürək əzələsinin toxuması ciddi zədələnir və nəticədə bir çox xəstələrdə miokardit (ürək əzələsinin iltihabı) yaranır".
S.İvanovun sözlərinə görə, COVID-19-un kəskin mərhələsində əksər xəstələrdə II dərəcəli miokard infarktı inkişaf edir: "Yoluxmadan bir neçə ay sonra zəifləmiş xəstələrdə taxikardiyaya (sürətli ürək döyüntüsü) da rast gəlinir".