Fransa Avro-2020-yə Almaniya üzərində qələbə ilə başlayıb
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i378093-fransa_avro_2020_yə_almaniya_üzərində_qələbə_ilə_başlayıb
Fransa və Almaniyanın milli futbol komandaları Avropa Çempionatı çərçivəsindəki ilk matçlarında bir-birləri ilə qarşılaşıblar və nəticədə almanlar avtoqolla məğlub olublar.
(last modified 2024-10-16T10:36:13+00:00 )
İyun 16, 2021 07:50 Asia/Baku
  • Fransa Avro-2020-yə Almaniya üzərində qələbə ilə başlayıb

Fransa və Almaniyanın milli futbol komandaları Avropa Çempionatı çərçivəsindəki ilk matçlarında bir-birləri ilə qarşılaşıblar və nəticədə almanlar avtoqolla məğlub olublar.

SəhərAzəri-nin məlumatına əsasən, iki komandanın yüksək səylərinə baxmayaraq oyunun ilk hissəsi Fransanın 1:0 hesablı üstünlüyü ilə başa çatıb və Almaniya real qol epizodu yarada və hesabı bərabərləşdirə bilməyib.

Bu qrupun digər matçında Portuqaliya, Kriştiano Ronaldonun parlaq çıxışı ilə Macarıstanı üç qolla məğlub edərək, qrupun turnir cədvəlində liderliyə yüksəlib.