İran Tokio Olimpiya Oyunlarında 3-cü qızıl medalı qazandı + VİDEO
İranın karate üzrı milli komandasının üzvü Tokio Olimpiya Oyunlarının qızıl medalını qazandı.
SəhərAzəri-nin məlumatına əsasən, İranın karate üzrə milli komandasının üzvü Səccad Gənczadə bu gün Tokio Olimpiya Oyunlarında qızıl medal qazanıb.
Tokio Olimpiya Oyunlarının son günündə Gənczadə qrup mərhələsində 3 qələbə, bir bərabərlik və 7 xalla qrupun birincisi kimi yarımfinal mərhələsinə yüksəlib.
Gənczadə Xorvatiyadan İvan Kvesiç, ABŞ-dan "Brian İrr" və Kanadadan "Daniel Jasinski"ni məğlub edib, Ərəbistandan olan rəqibi ilə heç-heçə edib.
Gənczadə və səudiyyəli rəqibi Tariq Həmdi Olimpiadanın son karate yarışında üz-üzə gəliblər ki, səudiyyəli boksçunun zərbəsi qaydalara zidd olduğundan hakimlər müşavirədən sonra Səccad Gənczadəni qızıl medala layiq görüblər.
Nəhayət, İranın idman karvanı Tokio Olimpiyadasını 3 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vurub.