Mart 19, 2022 13:44 Asia/Baku
  • ÜST:

Ümumdünya Səhiyyə Təşkilatının sözçüsü cümə günü son həftəlik məlumatlarında yoluxma hallarının artmasına istinad edərək, bildirib ki, COVID-19 pandemiyasının sona çatması uzun bir yoldur.

SəhərAzəri-nin məlumatına əsasən, BMT-yə bağlı olan bu təşkilat bundan əvvəl bildirib ki, pandemiyanın kəskin mərhələsi bu il başa çata bilər, lakin bu, digər amillərlə yanaşı, hər bir ölkədə əhalinin 70 faizini peyvənd etmək məqsədinə nə qədər tez nail olmağımızdan asılı olacaq.

Cenevrə mediası brifinqində bir jurnalistin pandemiyanın sona çatma vaxtı ilə bağlı sualına cavabda Marqaret Harris deyib ki, pandemiyanın bitməsi çox uzaqdır".

"Biz mütləq pandemiyanın ortasındayıq", - deyə o, əlavə edib.

ÜST-ün bidirdiyinə görə, bir aydan çox azalmadan sonra, keçən həftə dünyada COVID-19 hadisələri artmağa başlayıb və xəstəliyin yayılmasının qarşısını almaq üçün Asiyanın bəzi bölgələrində, o cümlədən Çində karantin tətbiq edilib.

Agentlik vurğulayıb ki, omicron ştammı və onun alt variantı, eləcə də bəzi məhdudiyyətlərin götürülməsi halların artmasına səbəb olub.

Teqlər