İranın sərbəst güləş komandası Asiya çempionu oldu
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i388384-İranın_sərbəst_güləş_komandası_asiya_çempionu_oldu
İranın sərbəst güləş komandası Monqolustanda keçirilən Asiya çempionatının qalibi olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 24, 2022 15:59 Asia/Baku
  • İranın sərbəst güləş komandası Asiya çempionu oldu

İranın sərbəst güləş komandası Monqolustanda keçirilən Asiya çempionatının qalibi olub.

SəhərAzəri-nin məlumatına əsasən, Monqolustanda keçirilən Asiya çempionatı başa çatıb və İran karvanı altı qızıl, bir gümüş və bir bürünc medal əldə edib.

İranlı sərbəst güləşçilər- Rəhman Əmuzad 65, Yunis İmami 74, Əli Savadkuhi 79, Əmir Hüseyn Firuzpur 92, Məhəmməd Hüseyn Məhəmmədiyan 97 və Yədullah Mohebbi 125 kiloqram çəki dərəcələrində qızıl medal sahibi olublar.

61 kiloqram çəki dərəcəsində Daryuş Həzrətqulizadə gümüş, Möhsün Müstəfəvi isə bürünc medal alıblar.

Komanda yarışlarının başa çatması ilə İranın sərbəst güləşi 201 xalla çempionluq zirvəsinə yüksəlib. Hindistan ikinci, Qazaxıstan isə üçüncü olubdur.