Apr 25, 2022 19:43 Asia/Baku
  • Sərdar Azmun
    Sərdar Azmun

Almaniyanın Leverkuzen futbol klubunun iranlı oyunçusu bu həftə komandası üçün göstərdiyi əla performansla Bundesliqanın 31-ci həftəsinin ən yaxşı oyunçuları arasında yer alıb.

SəhərAzəri-nin məlumatına əsasən, Bundesliqanın 31-ci həftəsi çərçivəsində Leverkuzen "Qrotfort"la qarşılaşıb və 4:1 hesabı ilə qalib gəlib.

Bu matçda Sərdar Azmun uzun müddətdən sonra komandaya qoşulub və parlaq çıxış edib. O, həm qol vurub, həm də gözəl ötürmə edib.

"Havaskord" və "Sofa Score" kimi bir çox statistik media iranlı ulduzu meydanın ən yaxşı oyunçusu hesab ediblər.

Sofa Score oyunçuya 8,5 xal verib və onu meydanın ən yaxşı oyunçusu hesab edib.

Teqlər